Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Akif Nağı: “Qarabağ ermənilərsiz olmalıdır”
08.09.11 19:33

“Qarabağ ermənilərsiz olmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: “Biz istəyirik beynəlxalq təşkilatların diqqətinə çatdıraq ki, Cənubi Qafqazda yaranmış münaqişəli vəziyyətin, milyonlarla insanın öz yurd-yuvasından qaçqın düşməsinin, Azərbaycan və Gürcüstan dövlətlərinin bu ciddi problemdən əziyyət çəkməsinin səbəbkarları işğalçı Ermənistan və işğalçı Rusiyadır”. QAT sədrinin sözlərinə görə, Ermənistanın və Azərbaycanın rəsmi statistikası göstərir ki, Qarabağdan olan azərbaycanlıların hazırkı sayı 75 min nəfər, ermənilərin sayı isə 70 min nəfərdir: “Təklif edirik ki, həmin ermənilər və azərbaycanlılar öz müqəddəratlarını həll etsinlər. Biz beynəlxalq təşkilatlardan bunu istəyirik”.
URL / WWW
http://kelam.az/article/a-4482.html