Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Abdulla Gül: “Qarabağ məsələsində Türkiyənin və Rusiyanın mövqeyi üst-üstə düşür”
09.09.11 02:33

«Qarabağ münaqişəsi Cənubi Qafqazda əlverişli mühitin yaranmasında ən böyük maneədir. Mən hesab edirəm ki, Türkiyənin bu məsələdə mövqeyi Rusiyanın nöqteyi-nəzəri ilə üst-üstə düşür. Bu nöqteyi-nəzərdən Qarabağ münaqişəsinin həlli yolunda irəliləyiş əldə etmək olar». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül «MK-Türkiyə» portalına müsahibəsində bildirib. Türkiyə prezidenti əlavə edib ki, Rusiya prezidenti Dmitri Medvedyevin də şəxsən qatıldığı bu problemin həlli ilə bağlı hərtərəfli dəstəyi göstərməyə hazırdırlar. Onun sözlərinə görə, Türkiyə və Rusiya ilə qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyət daşıdığı göz önündədir: «Biz yaxın regionda sülh, sabitlik və rifahın yaranmasına yönələn strategiyanı rəhbər tutur, bu regionda hamını qane edəcək sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq istəyirik». Türkiyə prezidenti onu da deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərin əldə olunması Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək: «Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında mövqeyi belədir. Biz normallaşma prosesinin uğurlu sonluğunu ürəkdən gözləyirik. Cənubi Qafqazda və onun hüdudlarından kənarda stabil sülhün əldə olunması və region ölkələrində əməkdaşlıq və müsbət əhval-ruhiyyənin yaranması prosesində Azərbaycan və Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ayrı bir proses kimi götürülməməlidir. Bu, ümumregional əsasda baxışı nəzərdə tutur».
URL / WWW
http://kelam.az/article/a-4480.html