Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Cənubi Qafqaz qaçqınlarının hüquqlarının müdafiəsi ilə əlaqədar regional konfrans keçirilib
08.09.11 19:33

Bakıda Cənubi Qafqazdakı münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının müdafiəsinə həsr olunmuş regional elmi-praktik konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə baş tutub. Konfransda QAT sədri Akif Nağı, Deportasiya Qurbanları Mərkəzinin nümayəndəsi Eldar Namazov, Gürcüstandakı Məcburi Köçkünlərin Hüquqlarına dair Koalisiyanın təmsilçiləri Zurab Bendianaşvili və Levan Geradze, həmçinin Azərbaycan Ahıska Türklərinin Vətən Cəmiyyətinin sədri Fəzli Əşrəfov məruzələrlə çıxış ediblər. Tədbirdə ekspertlər, ictimai xadimlər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-4477.html