Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmira Süleymanova və Rüstəm Usubov DSK sədrləri üçün mühazirə deyib
09.09.11 02:33

Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, kursların 4-cü günündə ombudsman Elmira Süleymanova “Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi tədbirləri, seçki prosesində insan hüquqlarının müdafiəsi”, baş prokurorun 1-ci müavini Rüstəm Usubov isə “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri” mövzularında çıxış ediblər. Sentyabrın 9-da başa çatacaq kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.Növbəti günlərdə daxili işlər nazirinin müavini Oruc Zalov, MSK-nın bir sıra nümayəndəsi və digər şəxslərin müxtəlif mövzularda çıxışları olacaq. Sentyabrın 13-dən 15-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4476.html