Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Monitorinq insidentsiz ötüşüb
09.09.11 03:32

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ”KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinq insidentsiz ötüşüb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
URL / WWW
http://kelam.az/article/a-4475.html