Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputatlarımız Polşada XXI İqtisadi Forumda iştirak edirlər
07.09.11 22:23

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə bu gündən sentyabrın 11-dək Polşanın Kriniça şəhərində keçiriləcək XXI İqtisadi Forumunda iştirak edəcəklər. Bu baorədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Forum çərcivəsində müzakirə olunacaq bir sıra iqtisadi məsələlərlə yanaşı, “Dağlıq Qarabağın həlli yolları: regiona və cəmiyyətə təsiri” mövzusunda Dəyirmi masa keçiriləcək. Sevinc Fətəliyeva tədbirdə məruzə ilə çıxış edəcək, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə toplantı iştirakçılarına məlumat verəcək, sualları cavablandıracaq. Forum bitdikdən sonra Asim Mollazadə “Avronest” Parlament Assambleyasının ilk iclasında iştirak etmək üçün sentyabrın 12-dən 16-dək Fransanın Strasburq şəhərinə səfər edəcək. “İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayından istifadə niyyətini Azərbaycanla razılaşdırmalıdır” “Əgər İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O qeyd edib ki, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki rəsmi müraciət etməyib. “Azərbaycan tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması üçün Arazın suyundan istifadə ediləcəyi məsələsi ilə bağlı məlumatı yalnız mətbuatdan alır. Əgər belə bir niyyət həqiqətən varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır” - deyə H.Bağırov bildirib. Onun sözlərinə görə, İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşma var. “Razılaşmada bir çox məsələ konkret əksini tapıb - kənd təsərrüfatı və digər məqsədlər üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb” - deyə o, əlavə edib. H.Bağırov deyib ki, ekoloji tarazlığın qorunması üçün çayda müəyyən miqdarda su saxlanmalıdır. Nazir nümunə olaraq qeyd edib ki, ermənilər Tovuz çayının məcrasını öz məqsədləri üçün dəyişiblər və təbii ki, bunun ekoloji fəsadlarını görəcəklər.
URL / WWW
http://kelam.az/article/a-4474.html