Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın parlament nümayəndə heyəti Parisə gedib
08.09.11 02:23

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rəfael Hüseynov, Sahibə Qafarova və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının daimi komitələrinin sentyabrın 7-dən 12-dək Parisdə keçiriləcək iclaslarında iştirak etmək üçün Fransaya səfər ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və Kişilər üçün bərabər imkanlar, Sosial, səhiyyə və ailə işləri üzrə komitələrinin toplantılarında dövlət sirri və milli təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizə, onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi, Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədə mövcud durum, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə ediləcək. Qurumun Mədəniyyət, elm və təhsil üzrə komitəsinin iclası İsveçin Stokholm şəhərində keçiriləcək. Burada Azərbaycan parlamentini Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov təmsil edəcək. Komitədə Avropada mədəni abidələrin qorunması prioritetləri, audiovizual mədəni irsin mühafizəsi məsələləri müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4473.html