Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda elektron rəqəmli imzaların verilməsi üzrə mərkəz açıldı
08.09.11 02:23

Azərbaycanda elektron rəqəmli imzaların verilməsi üzrə mərkəz istismara verilib. “KƏLAMİNFO” xəbər verir ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov mərkəzin bu gündən tam gücü ilə işləməyə başladığını bildirib. Nazir müavininin sözlərinə görə, Azərbaycanda elektron rəqəmli imzaların tətbiqi dövlət müəssisləri arasında qarşılıqlı elektron fəaliyyətin inkişaf sürətini artırmağa imkan verəcək, eləcə də elektron xidmətlərin və elektron ticarətin inkişafına təkan verəcək: “Azərbaycan MDB-də rəqəmli imzaların tətbiq edildiyi azsaylı ölkələrdən biridir”. İmzaların verilməsi imzanı alan şəxs tərəfindən ərizə verildikdən və imzanın dəyəri ödənildikdən sonra poçt rabitə şöbələri vasitəsilə həyata keçirilir. Azərbaycanın bütün ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında rəqəmli imza almaq mümkündür. Rəqəmli imza almaq haqqında daha ətraflı www.e-imza.az ünvanda məlumat almaq mümkündür.
URL / WWW
http://kelam.az/article/a-4471.html