Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ən yaxşı universitetlərinin reytinqi açıqlanıb: siyahıda Azərbaycan yoxdur
07.09.11 20:23

Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını tərtib edən “Times High Education” 2010-2011-ci ilin ən yaxşı 300 universitetinin adını açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, siyahıya 100 balla Böyük Britaniyanın Kembric Universiteti başçılıq edir, halbuki son illərdə birincilikdə ABŞ-ın Harvard Universiteti dayanırdı. Harvard Universiteti 99,3 balla 2-ci, Massaçusetss Texnologiya İnstitutu isə 99,2 balla 3-cü yerdə qərarlaşıb. Bu ölkənin Yel Universiteti 98.8 balla 4-cü, Böyük Britaniyanın Oksford Universiteti isə 98.0 balla 5-ci yerdədir. Qeyd edək ki, 300 universitet arasında Azərbaycanın ali təhsil ocaqlarının heç birinin adı yoxdur. MDB-yə daxil olan ölkələrindən isə təkcə Rusiyanın Lomonosov Dövlət Universiteti 61,3 balla 112-ci, Sankt-Peterburq Dövlət Universiteti isə 41,1 balla 251-ci yerdədir. Universitetlərin qiymətləndirilməsi altı göstərici üzrə aparılıb. Əsas göstəricilər kimi ali məktəbin akademik mühitdə tanınması, işə götürənlərin universitetin məzunlarına münasibəti, universitet əməkdaşlarının nəşrlərinin sayı, müəllimlərin və tələbələrin say nisbəti, o cümlədən universitetdə xarici müəllimlərin və tələbələrin nisbi sayı götürülüb.
URL / WWW
http://kelam.az/article/a-4470.html