Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiyanın Sistemli Analiz İnstitutu arasında protokol imzalanıb
07.09.11 22:23

AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sistemli Analiz İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, protokol çərçivəsində fundamental tədqiqatlar sahəsində əməkdaşlığın genişlənməsi, elm və texnikanın innovativ inkişafına xidmət edən birgə elmi-tədqiqat işləri və proqramların həyata keçirilməsi, texnoparklarda müvafiq işlərin aparılması, əldə edilən nəticələrin tətbiqi, birgə seminar, elmi konfrans, işgüzar görüş və sərgilərin keçirilməsi məsələləri nəzərdə tutulur. Tərəflər müxtəlif təyinatlı “hesablama buludları” və MathCloud sahəsində xidmətlərin yaradılması məsələlərində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq, həmçinin AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarının genişləndirilməsi, onun bazasında Verilənlərin Emalı Mərkəzinin yaradılması, qabaqcıl İKT sistemləri üzrə metodların araşdırılması və işlənməsi üzrə qrant proqramlarda birgə iştirakı da nəzərdə tutur.
URL / WWW
http://kelam.az/article/a-4468.html