Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan: “Bazanın qurulması NATO çərçivəsində həyata keçirilən bir prosesdir”
07.09.11 22:23

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan raketdən müdafiə sistemi daxilində Türkiyədə qurulacaq radiolokasiya bazasını «NATO çərçivəsində həyata keçirilən bir proses» olaraq dəyərləndirib və sistemin yerləşdiriləcəyi yerin müəyyən edilməsi üçün fəaliyyətlərin davam etdiyini bildirib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir bu sözləri Türkiyədə səfərdə olan İspaniya baş naziri Rodriqes Sapatero ilə görüşü çərçivəsində bildirib. İki baş nazirin görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında Ərdoğan raketdən müdafiə sistemilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, bu məsələ Türkiyədə bir radiolokasiya bazasının qurulması ilə bağlıdır. «Bazanın qurulması NATO çərçivəsində həyata keçirilən bir prosesdir» - deyə o bildirib. Görüşdə İsrailə tətbiq ediləcək sanksiyalar da gündəmə gəlib. Baş nazir Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilmədiyi halda İsrail ilə əlaqələrin normallaşmayacağını söyləyib: «İki ölkə arasındakı hərbi müqavilələri, xüsusilə müdafiə sənayesi sahəsindəki ticarət əlaqələrini tamamilə təxirə saldıq».
URL / WWW
http://kelam.az/article/a-4467.html