Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Yeni veb səhifədə Nizami Gəncəvi irsi müxtəlif dillərdə işıqlandırılacaq
07.09.11 22:23

870 illiyi qeyd olunacaq Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünyada tanıdılması üçün veb səhifə hazırlanır. “KƏLAMİNFO”nun məlumatına görə, Nizami irsinin təbliği və dünyada daha dərindən tanıdılması məqsədilə veb səhifənin yaradılmasına artıq başlanılıb. Xüsusi dizaynla hazırlanan internet səhifəsində Nizaminin bütün əsərləri, dahi şair haqqında yazılar rus, ingilis, alman və fransız dillərində yerləşdiriləcək. Qeyd edək ki, bununla yanaşı, dahi şairin yubileyinə digər hazırlıq işləri də aparılır. Məlumatda Nizami Gəncəvinin irsinin araşdırılması komissiyasına daxil olan 100-dən artıq təklifin 30-dan çoxunun yubiley tədbirləri planına salındığı bildirilir. Bundan başqa, şairin budəfəki yubileyində bir sıra yeniliklər də ediləcək. Bu yeniliklərə şairin adına təqaüdlərin təsis edilməsi, sikkələrin, döş nişanlarının, bəzək əşyalarının, buklet və digər çap məhsullarının hazırlanması aiddir.
URL / WWW
http://kelam.az/article/a-4464.html