Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda müddəti keçmiş pestisidlərin məhv olunması üçün ciddi işlər görüləcək
07.09.11 22:23

Yaxın 10 ildə ərzində Azərbaycan və digər postsovet ölkələrində müddəti keçmiş pestisidlərin - üzvi kimyəvi tullantıların məhv olunması üçün ciddi işlər görüləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qəbələdə səfərdə olan Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının direktoru Jon Vijgen bildirib. Onun sözlərinə görə, bütün postsovet ölkələrində müddəti keçmiş pestisidlərlə bağlı problemlər mövcuddur. “Bütün dünyada olan müddəti keçmiş pestisidlərin 60 faizi məhz postsovet ölkələrin payına düşür. Postsovet ölkələrində bu problemin aradan qaldırılması üçün xüsusi layihələr var”-deyə o vurğulayıb. Xatırladaq ki, bu gün Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilir.
URL / WWW
http://kelam.az/article/a-4462.html