Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keyfiyyət və məzmun baxımından fərqlənəcək
07.09.11 02:18

“Builki Kitab Sərgi-Yarmarkasını fərqləndirəcək əsas cəhət ilk növbədə daha geniş məkanda keçirilməsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Milli Kitabxanada mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüşü zamanı deyib. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri, nəşriyyat işinin digər aktual məsələləri müzakirə olunan Dəyirmi masada çıxış edən nazir müavini bu il keçiriləcək tədbirdə daha çox iştirakçının olacağı, keyfiyyət və məzmun baxımından da fərqlənəcəyini bildirib: “Nəzərə alsaq ki, budəfəki sərgi müstəqilliyimizin 20 illiyinə həsr edilib, əlbəttə ki, burda daha çox Qarabağla bağlı kitablar çoxluq təşkil edəcək. 2011-ci ilin turizm ili elan olunması ilə əlaqədar turizmlə bağlı xüsusi kompozisiyalar və stendlər təşkil olunacaq. Naxçıvan Muxtar Respublikasının kitabla bağlı stendinin qonaqların diqqətinə çatdırılması nəzərdə tutulub. Və ən əsası, Heydər Əliyev Fondunun stendinin daha geniş formada quraşdırılması planlaşdırılıb”. Vaqif Əliyev bildirib ki, 2 ildən bir Bakıda təşkil edilən beynəlxalq kitab sərgi-yarmarkaları kitab evləri, nəşriyyat-poliqrafiya müəssisələri ilə bağlı bir çox məsələni həll etmək üçün böyük əhəmiyyət daşıyır. Nazir müavini sərgi-yarmarkada iştirak etmək üçün bir çox ölkəyə təklif göndərildiyini, artıq bir sıra ölkələrin bu tədbirdə iştirakının təsdiqləndiyini və bu siyahının artacağını vurğulayıb. Qeyd edək ki, yarmarka çərçivəsində müxtəlif konfranslar, simpoziumlar, təqdimat mərasimləri, müəlliflərlə görüşlər təşkil olunacaq. Xatırladaq ki, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası cari ilin 28-30 sentyabrında Əl Oyunları İdman Sarayında təşkil ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4460.html