Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Növbəti tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək
07.09.11 02:18

2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqları, yeni tədris korpusları, idman və akt zalları, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ildən Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni peşə məktəbi üçün bina tikilib.
URL / WWW
http://kelam.az/article/a-4456.html