Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qaçqın və məcburi köçkün məktəblərinə test vəsaitləri paylanıb
06.09.11 19:18

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın müxtəlif bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləriylə görüş keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüş zamanı məcburi köçkün və internat məktəblərinin nümayəndələri ilə müəyyən fikir mübadiləsi aparılıb və yekunda onlara fənlər üzrə test kitabçaları, vəsaitlər hədiyyə edilib. Tədbirdə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev qeyd edib ki, görüşün əsas məqsədi qaçqın və məcburi köçkün məktəb şagirdlərini “Abituriyent” jurnalının vəsaitləri ilə təmin etmək, onlara tədris vəsait çatışmazlığı problemlərinin həllində yardım etməkdir. “Qəbul proqramı və dərsliklər əsasında hazırlanmış ümumi dəyəri 24400 manat təşkil edən və 12 min nüsxədən ibarət olan bu vəsaitlər müəllim və şagirdlər üçün yararlı olacaq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4455.html