Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dərman istifadəçiləri preparatların keyfiyyət uyğunluğunu yoxlaya biləcəklər
07.09.11 02:18

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi ilin sonuna qədər dərman preparatları reyestrinin rəsmi internet resursuna birləşdirilməsi üzrə işləri başa çatdıracaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Reyestrin internet-resursa inteqrasiyası istehlakçılara aldıqları dərman preparatlarının keyfiyyət uyğunluğunu yoxlamağa, seriya nömrəsi üzrə axtarış verməyə imkan yaradacaq. Bu gün Azərbaycana rəsmən tədarük olunan hər bir dərman preparatı mərkəzin laboratoriyasında yoxlamadan keçirilir, bundan sonra ona müalicə zamanı istifadədə təhlükəsizliyi təmin edən keyfiyyət sertifikatı verilir. Preparatın seriyası məlumat reyestrinə daxil edilir. Dərmanlar haqqında məlumatın təqdim olunmasının yeni qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurların şəffaflığını təmin edir.
URL / WWW
http://kelam.az/article/a-4454.html