Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Təcavüzkarla təcavüzə məruz qalana bərabər münasibət göstərilməməlidir”
07.09.11 02:18

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Qonağa təbriklərini çatdıran spiker ona yeni təyin olunduğu bu vəzifədə uğurlar arzulayıb. O.Əsədov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərin inkişafına böyük önəm verir. Milli Məclis də Avropa İttifaqının Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Sədr Avronest təşkilatının yaradılmasının qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O. diqqətə çatdırıb ki, Avropa Parlamentinin 2010-cu ilin mayında Cənubi Qafqazda vəziyyətə dair qəbul etdiyi qətnamədə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünün tanınması müddəalarının əks olunması ölkəmizdə yüksək qiymətləndirilir. Belə hesab edirik ki, təcavüzkarla təcavüzə məruz qalana bərabər münasibət göstərilməməli, onlara fərq qoyulmalıdır. Görüş üçün minnətdarlığını bildirən Filipp Lefort ölkə rəhbərliyi ilə keçirdiyi görüşlərin və aparılan danışıqların onun üçün çox əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, real vəziyyəti öyrənmək baxımından bu görüşlər mühüm əhəmiyyət kəsb edir. Qonaq Cənubi Qafqazda münaqişələrin tezliklə aradan qaldırılması üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb. Görüş zamanı O.Əsədov bu sahədə parlamentin də öz üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirəcəyinə əminliyini ifadə etdi, qonağa bu məsuliyyətli işdə uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-4453.html