Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Polşanın Ermənistandakı səfiri: “İnsanların həlak olduğu münaqişələri dondurulmuş hesab etmək istəməzdim”
06.09.11 19:18

Filipp Leforun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyinatı ilə Qarabağ üzrə danışıqların aktivləşməsini gözləmək olar. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, bu sözləri Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski bildirib. «Fransa ATƏT-in Minsk qrupunda AB-nin mövqeyini təmsil etməyə səlahiyyətli deyil. Lakin Fransa hansısa mənada öz mövqeyini ortaya qoyan zaman AB-nin də nöqteyi-nəzərini ortaya qoyur. Sizin bildiyiniz kimi, AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına həllini tapmamış münaqişələr də daxil ediləcək. İnsanların həlak olduğu münaqişələri dondurulmuş hesab etmək istəməzdim. Yaxın gələcəkdə danışıqların formatının dəyişdiriləcəyinə inanmıram, ancaq danışıqlar prosesinin aktivləşəcəyi əminəm ki, baş verəcək». Onun sözlərinə görə, AB-nin regionda layihələrinin aktivləşməsinin əsas şərtlərindən biri məhz Cənubi Qafqaz ölkələri arasında effektiv əməkdaşlıqdır. «Necə əməkdaşlıqdan söhbət gedə bilər ki, siz Bakıya, həmkarlarınız isə Yerevana gedə bilmir? 21-ci əsrdə bu vəhşilikdir. Mənə elə gəlir ki, AB-nin diplomatik fəallığı səyləri artacaq və bu, danışıqlarda da baş verəcək. Ancaq bunun nə qədər uğurlu olacağını demək çox çətindir» - deyə səfir jurnalistlərə bildirib.
URL / WWW
http://kelam.az/article/a-4452.html