Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Qarabağ məsələsi Ermənistana təzyiq yolu ilə həll edilə bilər
06.09.11 19:18

“Ermənistan tərəfindən işğal olunan ərazilər boşaldılmalı və geri qaytarılmalıdır. Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və orada dinc şərait yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bununla bağlı beynəlxalq hüquq normaları var. “Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmayaraq qeyri-konstruktivliyi, yaxud bu yola məcbur edilməsi münaqişənin tənzimlənməsinin yubadılmasına səbəb olur. Ancaq bu məsələ gec-tez öz həllini tapmalıdır. Mövcud vəziyyət davam edə bilməz” - deyə Ə.Həsənov vurğulayıb. Danışıqlar prosesinin dayandırılmasına münasibət bildirən PA rəsmisi danışıqlar prosesinin tükənməsi ilə bağlı birmənalı bəyanat verməyin mümkün olmadığını söyləyib. “Çünki Minsk Qrupunun həmsədrləri və beynəlxalq sülhyaratma prosesində iştirak edən digər institutlar əsas verir ki, bu məsələ Ermənistana təzyiq yolu ilə həll edilsin” - deyə Ə.Həsənov bildirib. PA rəsmisi prezidentlərin növbəti görüşü ilə bağlı konkret məlumatının olmadığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-4450.html