Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov Dairə Seçki Komissiya sədrləri üçün mühazirə deyib
07.09.11 01:18

Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiya sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, kursun ikinci günündə DSK sədrləri üçün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçki (referendum) prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda mühazirə deyib. Seçkilərin tarixi, onun inkişafı və digər mərhələlərdən bəhs edən Ə.Həsənov bildirib ki, Azərbaycanda ilk demokratik seçki 1995-ci ildə reallaşıb. Ə.Həsənov bildirib ki, ölkəmiz Avropa Şurasına üzv qəbul edildikdən sonra Azərbaycanda keçirilən seçkilər bu təşkilatla əlaqələndirilib. Seçkilərdə KİV-lərin rolundan bəhs edən Ə.Həsənov əlavə edib ki, media seçkilərdə sərbəst müşahidə apara və informasiya toplaya bilər. Cəmiyyətin həyatında KİV-lərin rolunu yüksək qiymətləndirən şöbə müdiri bu sahədə problemlərin də mövcudluğunu qeyd edib. Ə.Həsənov təəssüflə qeyd edib ki, bəzi qəzetlər həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Onlar obyektivliyi ambisiyalara qurban verirlər. KİV-lərin cəmiyyətə doğru, obyektiv məlumat çatdırmasının zəruriliyini qeyd edən Ə.Həsənov onu da əlavə edib ki, qeyri-obyektiv məlumatlar yayan KİV-lər getdikcə öz oxucusunu da ititir. Onun sözlərinə görə, həmin KİV-lərin, həmçinin heç bir ictimai yükü də ola bilməz. Qeyd edək ki, kurslar sentyabrın 9-da başa çatacaq. Növbəti günlərdə Ali Məhkəmənin sədri Ramiz Rzayev, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, ombudsman Elmira Süleymanova, daxili işlər nazirinin müavini Oruc Zalov və digər şəxslər mühazirə deyəcəklər.
URL / WWW
http://kelam.az/article/a-4448.html