Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan gəncləri “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasında özlərini sınayacaq
05.09.11 22:36

“Nə? Harada? Nə vaxt?” intellektual oyununda ölkəmiz də təmsil olunacaq. “KƏLAMİNFO”nun məlumatına görə, oyunun Ukraynanın Odessa şəhərində keçiriləcək 9-cu çempionatında elmin müxtəlif sahələrinə dair sualları cavablandıracaq 25-30 yaş arası 300 gənc iştirak edəcək. Qeyd edək ki, sentyabrın 16-dan 18-dək keçiriləcək çempionatda birincilik uğrunda Azərbaycan da daxil olmaqla 16 ölkə - Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Kanada, Latviya, Moldova, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, Ukraynanın 50 komandası mübarizə aparacaq. Məlumata əsasən, “Büllur bayquş” mükafatı laureatları Rövşən Əsgərov, Aleksandr Druz, Aleksandr Rubin, İlya Novikov, Yelena Potanina, Yelena Orlova yarışmaya qonaq qismində dəvət olunublar. Xatırladaq ki, “Nə? Harada? Nə vaxt?” intellektual yarışması Odessa meriyası və şəhər Şurasının dəstəyi ilə keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4446.html