Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropa Şurasının ekspertləri Zaqatala rayonunda seminar-treninq keçirəcək
05.09.11 22:36

Sabahdan etibarən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar-treninq Zaqatala rayonunda Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində həyata keçiriləcək. Dörd gün davam edəcək tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan 10 rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd, ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunun inkişaf etdirilməsidir. Xatırladaq ki, Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan da iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-4445.html