Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək
06.09.11 02:36

Cari ilin sentyabr ayının 15-dək Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, yeni saytı “Turizmə dəstək” Gənclər Koalisiyası hazırlayır. Bildirilir ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək və maraqlı materiallarla zəngin olacaq sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında da ətraflı məlumat əldə edə biləcək. Qeyd edək ki, yeni saytın istifadəyə verilməsi ilə kifayətlənməyən koalisiya başqa bir layihə də həyata keçirmək ərəfəsindədir. Belə ki, Koalisiyada Azərbaycan turizminin təbliğinə həsr olunmuş “Ölkəm mənim” adlı mahnı ekranlaşdırılıb. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin iqtisadiyyatına həsr olunan klipdə 11 muğam ifaçısı və müğənni təmsil olunacaq. Xatırladaq ki, klipin yaxın günlərdə musiqisevərlərə təqdim olunması planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-4444.html