Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bani Valid şəhəri təslim olmaq istəmir
06.09.11 02:36

Liviyanın hazırkı rəhbərliyi bəyan edib ki, Müəmmar Qəddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası bildirib ki, Bani Valid şəhərinin təslim olması ilə bağlı danışıqlar başa çatıb. Milli Keçid Şurasının vasitəçisi Abdullah Kansil Bani Valid yaxınlığında jurnalistlərə bildirib ki, onun hazırda heç bir təklifi yoxdur: «Ümid edirəm ki, Bani Validdəki Qəddafi tərəfdarları tezliklə oranı tərk edəcəklər”. Müxbirin «deməli, danışıqlar artıq kəsilib» sualına Kansil belə cavab verib: «Mən tərəfdən bəli». Məlumatlara görə, Milli Keçid Şurası güman edir ki, Qəddafi rejiminin bir çox məmuru Bani Validdə sığınacaq tapa bilər. Qeyd edək ki, Bani Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir.
URL / WWW
http://kelam.az/article/a-4443.html