Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi vakant qalan yerləri elan edib
06.09.11 02:36

Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə tarix, biologiya, fizika, musiqi və nəğmə, təsviri incəsənət müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimliyi üzrə 128, tarix üzrə 125, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak edərək keçid balını toplayanlar bu ixtisaslar üzrə müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər üçün keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Sözügedən ixtisaslar üzrə müəllim işləmək arzusunda olanlar sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-4441.html