Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert Qəbələyə toplaşır
05.09.11 22:36

Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında beynəlxalq miqyasda platforma yaradılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.Bu, 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspertin iştirakı ilə Qəbələdə keçiriləcək 11-ci Beynəlxalq Pestisid Forumu nəticəsində baş tutacaq. Qeyd edək ki, Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisid Assosiasiyası (İHPA) tərəfindən, həmçinin Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir. 11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirəcək.
URL / WWW
http://kelam.az/article/a-4440.html