Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminarlar keçirilib
10.12.09 20:47

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ali məktəblərin magistratura pilləsi üçün xarici dillər (ingilis, alman, fransız və rus dilləri) və bakalavr pilləsi üçün rus dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Magistratura pilləsi üçün keçirilən seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edib. 2010-cu ilin qəbul imtahanlarında bakalavrlara təklif olunacaq test tapşırıqlarının əsasən hansı bölmələrini əhatə etməsi barədə fikir mübadiləsi aparılıb. Əsasən məntiqi düşünmə qabiliyyəti, öyrənilən dildə fikrini ifadə etmə və oxunulan materialı anlama səviyyəsi, dil və nitq sahəsində qazanılmalı olan bilik və bacarıqlar, bir sözlə, xarici dildən ünsiyyət məqsədilə istifadə etmək bacarığının yoxlanılmasına xidmət edən test tapşırıqlarına üstünlük vermək qərara alınıb. Növbəti seminarda yeni tipli test tapşırığı nümunələrinin təhlili davam etdiriləcək. Rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminarda isə əsas məsələ, 2009-cu ildə ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında rus dili fənnindən istifadə edilmiş test tapşırıqlarının yekun müzakirəsi olub.
URL / WWW
http://kelam.az/article/a-444.html