Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək
05.09.11 22:36

Bu ilin noyabr ayında Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi (UNİCEF) tərəfindən Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunun keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AQUPDK-dən veriblər.Forumun keçirilməsində əsas məqsəd Dövlət Uşaq siyasətini həyata keçirərkən uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulunda, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və icrası zamanı uşaqların fikirlərini nəzərə alaraq, onların maraqlarını qorumaq, eyni zamanda dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb etməkdir. Bununla əlaqədar olaraq, Bakı, Xızı, Biləsuvar, Şamaxı, Hacıqabul, Qax, Yevlax və Şəmkirdə regional görüşlər keçirilib, respublikamızın şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən nümayəndəliyə namizədliyi irəli sürülmüş uşaqlar arasında seçim-müsahibələr aparılıb. Seçimlərdən əvvəl AQUPDK-nin sədri Hicran Hüseynovanın uşaqlarla görüşü keçirilib. Görüş zamanı H.Hüseynova uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsindən danışıb. Ümumilikdə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumuna 272 nümayəndə seçilib.
URL / WWW
http://kelam.az/article/a-4439.html