Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda dövlət qeydiyyatı və yaşayış yeri olmayan şəxslər himayəyə götürüləcək
05.09.11 22:36

Tezliklə Azərbaycanda dövlət qeydiyyatı və yaşayış yeri olmayan şəxslər müəyyən müddətə himayəyə götürüləcək. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, artıq Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı müvafiq dəyişikliklər gündəmdədir. Onun sözlərinə görə, parlamentdə birinci oxunuşdan keçən və payız sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilən “Sosial xidmət haqqında” qanunda Azərbaycanda qeydiyyatı və yaşayış yeri olmayan şəxslərlə bağlı müddəalar nəzərdə tutulub: “Nəzərdə tutulan müddəalarda göstərilir ki, dövlət bu şəxsləri müəyyən müddətə himayəyə götürəcək. Hansı ki, bu müddət ərzində onlar ən azı yaşayış yeri ilə təmin olunacaqlar” - deyə millət vəkili vurğulayıb.M.Quliyev onu da deyir ki, əslində, bu gün Azərbaycanda dilənçiliyi peşəyə çevirənlər daha çoxdur və mütləq bununla hüquq- mühafizə orqanları ciddi məşğul olmalıdırlar. “Etiraf edək ki, dilənçilik məsələsi təzə hadisə deyil və bu gün dünyanın ən inkişaf etmiş ölkələrində, hətta ABŞ-da belə bu, nəzərəçarpan hadisələrdəndir. Lakin bizdə xüsusən də bu “qaraçı” deyilən qruplar dilənçiliyi əməlli-başlı özlərinə peşə ediblər ki, bununla hətta yerli əhalinin də müəyyən hissəsinə öz “sənət”lərinə cəlb eləməyə başlayıblar. Ona görə də hesab edirəm ki, mütləq hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdırlar” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4438.html