Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dağlıq Qarabağ problemi Avropa Birliyi Gənclər Sammitində qaldırılacaq
05.09.11 22:36

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov sentyabrın 5-6-da keçiriləcək Avropa Birliyi Gənclər Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavada səfərdədir. Birlik sədrinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, iki gün keçiriləcək sammit çərçivəsində gənclər üçün prioritet olan bir sıra məsələlər, gənclərin işsizlik problemi, iqlim dəyişikliyi, elm, təhsil və mədəniyyət sahəsində inteqrasiya və islahatlar müzakirə olunacaq: “Eyni zamanda, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində iştirak edən ölkələrin gəncləri ilə Avropa Birliyinin üzvü olan ölkələrin gənclərinin müştərək iş prosesinin, əməkdaşlığının qurulması məsələsi də geniş müzakirə olunacaq. Məcburi köçkün həyatı yaşayan gənclərimizin əsas problemi-Dağlıq Qarabağın işğalı barədə sammit iştirakçılarına geniş məlumat verəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-4437.html