Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Biz çeçenlərə borcluyuq…”
05.09.11 22:36

“Son vaxtlar Serj Sarksyanı bül- bül kimi danışdıran Rusiyadır. Moskva bununla çalışır ki, Qarabağla bağlı danışıqlar prosesi mümkün qədər pozulsun”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloqun fikrincə, bu dəstəyə söykənən ermənilər Azərbaycanı təhqir etdirirlər ki, danışıqlar baş tutmasın. V.Quluzadənin sözlərinə görə, əslində bu münaqişənin düyünə düşməsini Azərbaycan və Ermənistan prezidentləri arasında yaranan hərbi ritorikada axtarmaq düzgün olmaz. “Əgər Rusiyanın gücü olsaydı, Qarabağla bağlı yeni müharibəyə başlayardı və bunun üçün Azərbaycan Prezidenti ilə Serj Sarksyanın münasibətinin yaxşı, ya pis olmasının elə də önəmi qalmayacaqdı”,-deyə politoloq vurğulayıb. V.Quluzadə deyir ki, Ermənistan Rusiyanın quberniyasıdır və Rusiya Azərbaycanın torpaqlarını ona görə işğal edib ki, Azərbaycan NATO-ya daxil olmasın, Avropa Birliyi və Amerika ilə yaxınlaşmasın. “Biz çeçen mücahidlərinə borcluyuq, çünki 1994-cü ildə Rusiya iki cəbhə saxlaya bilmədiyi üçün Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı. Əks halda səhnə tamam başqa cür olardı”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4436.html