Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Məzahir Pənahov: “Azərbaycandakı seçkilər dünyaya nümunə olub”
06.09.11 02:36

Bu gün Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, açılışda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, MSK sədri Məzahir Pənahov iştirak edib. MSK sədri Məzahir Pənahov əvvəlcə ölkədə keçirilən seçki sistemində şəffaflığın tam təmin olunduğunu qeyd edib. “Ölkədə keçirilən son seçkilər veb-kameralar vasitəsilə bütün dünyaya nümayiş etdirildi və seçkilərin şəffaflığı təmin olundu. Azərbaycandakı seçkilər dünyaya nümunə olub, hətta Avropa Şurasında Azərbaycanın demokratik nümunəsindən istifadə ilə bağlı müzakirə keçirilib” - deyə o vurğulayıb. MSK sədrinin sözlərinə görə, seçki prosesi ilə bağlı polis və prokurorluq orqanları vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlib. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev isə 2003-cü illə müqayisədə bu il seçki kampaniyasının peşəkarlıq baxımından yüksək səlahiyyətli şəxslər tərəfindən həyata keçirildiyini qeyd edib. “Keçən il ilk dəfə idi ki, 125 seçki dairəsinin heç birində cüzi səhv də qeydə alınmadı. Əvvəlki illərdə seçki siyahısındakı xaos vəziyyətin aradan qaldırılması, seçki siyahılarının dəqiqləşdirilməsi, real siyahıların yaradılması bir daha sübut edir ki, Azərbaycan demokratik seçkilərə hazırdır” - deyə o, əlavə edib. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov seçki keçirən şəxslərin ilk növbədə qanunvericiliyi, o cümlədən Konstitusiyanı və Seçki Məcəlləsini yaxşı bilməli olduğunu diqqətə çatdırıb. O, seçki kampaniyasının peşəkar, yüksək səviyyədə aparılmasının MSK-dan asılı olduğunu vurğulayıb. Daha sonra Z.Əsgərov DSK sədrlərinə “Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda mühazirə oxuyub.
URL / WWW
http://kelam.az/article/a-4433.html