Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məhkumlara psixoloji dəstək istiqamətində layihə həyata keçirilir
03.09.11 02:55

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Penitensiar xidmətin fəal iştirakı ilə 3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir. Layihə çərçivəsində 2 istiqamətdə iş aparılır. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil edilib. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetən şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunub. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarların keçirilməsinə başlanıb. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə artıq 4, 6, 10, 11 saylı CÇM-lər və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində psixoloji seminarları təşkil edib. Hər müəssisədə ilk olaraq məhkumlar, ikinci pillədə müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçirilir. Bu seminarlarda penitensiar psixologiya sahəsində peşəkar psixoloqla yanaşı, layihənin birinci mərhələsində penitensiar psixologiya sahəsində hazırlanan gənc psixoloqlar da iştirak edirlər. Cəzaçəkmə müəssisələrində psixoloji seminarların keçirilməsi həm məhkumların psixoloji reabilitasiyası işinin aparılmasına, həm də gənc psixoloqların məhkumlarla psixoloji işin aparılmasında praktiki vərdişlərə yiyələnmələri üçün şərait yaradılması məqsədi daşıyır. Layihənin icra planı üzrə Penitensiar Xidmətin tabeçiliyində olan daha 5 müəssisədə seminarlar keçiriləcək. Layihənin yekunu olaraq “Gənc məhkumlarla psixoloji işin təşkili” mövzusunda Dəyirmi masa keçiriləcək. Tədbirdə gənc məhkumların psixoloji yardım almaq hüquqlarının təminatı vəziyyəti, layihənin yekunları müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4427.html