Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » UNICEF Azərbaycandakı missiyasında dəyişiklik edir
02.09.11 19:55

Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar UNICEF qaçqın və məcburi köçkün uşaqlara dərs ləvazimatı, dərs vəsaiti yardımı etməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib. O, xatırladıb ki, Azərbaycanda fəaliyyətlərinin ilk illərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş insanlara yardım etmək amalı ilə buraya gəliblər və bu istiqamətdə kifayət qədər də iş görüblər. “Əvvəllər qaçqın və məcburi köçkün uşaqlarını məktəb vəsaitləri və ləvazimatları ilə təmin edirdik. İllər keçdikcə Azərbaycan inkişaf edir. Hazırda ölkənin sosial-iqtisadi inkişafı bizim mandatımız daxilində müəyyən dəyişikliklər etməyə vadar etdi”,-deyə UNICEF rəsmisi vurğulayıb. Onun sözlərinə görə qurum hazırda resursları yox, yeni ideyaları, fikirləri, yanaşmaları Azərbaycan hökumətinə təqdim edir.
URL / WWW
http://kelam.az/article/a-4426.html