Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Kristos Purqurides: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır
02.09.11 19:55

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu baş prokuror Zakir Qaralovla görüşüblər. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı mütərəqqi qanunvericilik aktları, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün lazımi normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi, kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən zəruri tədbirlər barədə ətraflı məlumat verib. "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinin respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələ olduğunu diqqətə çatdıran baş prokuror deyib ki, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar konkret işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunan baş prokuror, Ermənistan silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyi və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarların olduğu, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində AŞPA-nın səylərinin artırılmasının vacibliyini qonaqların diqqətinə çatdırıb. AŞPA ilə Azərbaycan arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən K.Purqurides, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb. K.Purqurides Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-4425.html