Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mark Herevard: “Ermənilər tərəfində 9 və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır”
02.09.11 23:54

UNICEF istənilən münaqişə bölgələrində, o cümlədən də Azərbaycanla- Ermənistan arasındakı təmas xəttində uşaqlara qarşı baş verən təcavüz aktlarını qəti olaraq pisləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında UNICEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib. O, qeyd edib ki, son vaxtlar cəbhə bölgəsində ermənilər tərəfində doqquz və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır. “Biz bu halları pisləyir və bunun müharibə qanunlarına zidd olması fikrindəyik. Biz bundan çox narahatıq”,-deyə M.Herevard vurğulayıb. UNICEF nümayəndəsi bildirib ki, təmsil etdiyi qurum tərəflər arasında münaqişənin dövlət səviyyəsində həllinin tərəfdarıdır. “Burada uşaqlara qarşı təcavüz və onların həyatından istifadə olunması beynəlxalq qanunlara ziddir”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4424.html