Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər müzakirə edilib
01.09.11 19:58

Dünən və bu gün “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun Bakıda ilk iclası keçirilib. “KƏLAMİNFO”nun İTV-dən aldığı məlumata görə, toplantıda İctimai Televiziya Məşvərət Qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər, təşkilati məsələlər müzakirə edilib. Eurovision Mahnı Müsabiqəsinin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da Məşvərət Qrupuna məlumat verilib. Bildirilib ki, Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələri ilə tanışlıqdan sonra Məşvərət Qrupunun üzvlərində bu əməkdaşlığın nəticəsində Eurovision Mahnı Müsabiqəsinin də uğurlu keçiriləcəyinə böyük inam və əminlik yaranıb. Məşvərət Qrupunun rəhbəri Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkəmizdə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb. “Bu onu göstərir ki, musabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır”,-deyə Frank-Dieter Freiling bildirib.Qeyd edək ki, Eurovision TV-nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın Eurovision Mahnı Müsabiqəsi ilə bitməyəcəyini deyib. O, Eurovision Mahnı Müsabiqəsinin 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu diqqətə çatdırıb: “Müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırdı. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq”. Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və “Eurovision-2012”-nin yaddaqalan şou olacağını bildiriblər. Məşvərət Qrupunun üzvləri İctimai Televiziyada şirkətin texniki imkanları ilə də tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə Eurovision Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini də bölüşüblər. Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri gələn ilin may ayının 22-24-də, final mərhələsi isə 26-da Bakıda keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4422.html