Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Səməd Seyidovun “Menecmentin psixologiyası” adlı yeni kitabı işıq üzü görüb
01.09.11 19:58

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun “Menecmentin psixologiyası” adlı yeni kitabı işıq üzü görüb. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müəllifin rus dilindən tərcümə olunaraq Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən ibarətdir. “Menecmentin psixologiyasının əsasları” adlanan birinci fəsildə “Menecmentə giriş”, “Menecment psixologiyasının tədqiqat tarixi”, “Menecment psixologiyasının əsasları” adlı bölmələr yer alıb. “Menecmentdə insanın mahiyyəti və əhəmiyyəti” adlanan ikinci fəsildə isə “Psixi proseslər və insanın menecment baxımından xüsusiyyətləri” və “Şəxsiyyət” bölmələrindən bəhs edilir. Nəşrin sonuncu fəsli isə “Menecment psixologiyasının dörd fundamental problemi: motivasiya, liderlik, şəxsiyyətlərarası münasibətlər və kadrların seçilməsi” adlanır. Bu fəsildə “Motivasiya”, “Liderlik”, “Şəxsiyyətlərarası münasibətlər” və “Kadrların seçilməsi problemi” mövzularından bəhs edən fikirlər öz əksini tapıb. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan professor S. Seyidov 100-ə yaxın elmi işlərin: monoqrafiyaların, məqalələrin və metodik vəsaitlərin müəllifidir. O, ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Belçikada, Türkiyədə, İsraildə keçirilmiş çoxsaylı konfrans və simpoziumların iştirakçısıdır.
URL / WWW
http://kelam.az/article/a-4420.html