Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şuşa və Ağdamın turizminə dəyən ziyan araşdırılır
01.09.11 19:58

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasını davam etdirir. SAMF-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində bu təşkilatın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdirilib, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq bölgədəki turizm imkanları araşdırılıb. Hazırda adıçəkilən rayonlar üzrə dəyən ziyanın məbləğı dəqiqiləşdirilir.SAMF bu layihə vasitəsilə bütün dünya ictimaiyyətinin diqqətinə regionun həm də turizm mərkəzi olduğunu isbatlayan faktlar və rəqəmləri çatdırmaq niyyətindədir. Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib. Fond layihənin icrasını davam etdirir və əldə etdiyi nəticələri ictimai müzakirəyə çıxarmaq niyyətindədir.
URL / WWW
http://kelam.az/article/a-4419.html