Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı elan edilən müsabiqənin qalibləri oktyabrda mükafatlandırılacaq
01.09.11 19:58

Oktyabrda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) ümumrespublika konfransı keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, konfrans Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı elan edilən müsabiqənin yekunlarına həsr olunacaq. Konfransda qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcək. Müsabiqənin məqsədi Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişləri və qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların aşkara çıxarılmasıdır. Xatırladaq ki, cari ilin iyulunda elan edilən ümumrespublika müsabiqəsində Bakı və regionlarda, ali təhsil müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan, qiyabi təhsil alan magistrlər iştirak edirlər.
URL / WWW
http://kelam.az/article/a-4416.html