Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili : “İtirən Azərbaycan, qazanan Ermənistan olub”
02.09.11 00:58

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş olan maddi-mənəvi zərərin ayrı-ayrı dairələr tərəfindən hesablanması və onun müxtəlif məclislərdə fərqli təqdimatı məni qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib. Deputatın sözlərinə əsasən, işğal olunmuş Azərbaycan torpaqları hər qarışına qədər dəqiq təyinatı üzrə hesablanmalı və həmin istifadə təyinatı üzrə Beynəlxalq Qiymətləndirmə Standartlarına (İVS) istinad edərək onun dəyəri müəyyənləşdirilməlidir . “İşğal zamanı məhv olmuş, habelə hazırda işğal altında olan daşınar və daşınmaz əmlakın, rabitə və nəqliyyat vasitələrinin, şose və dəmir yol xətlərinin dəyəri sadəcə məsrəf metodu ilə deyil, gəlirlərin kapitallaşdırılması, biznesin qiymətləndirilməsi qaydasında hesablanmalıdır”,-deyə o əlavə edib. Millət vəkili həmçinin qeyd edib ki, erməni işğalına, eləcə də beynəlxalq qurumların və hegemon dövlətlərin laqeyd münasibətlərinə məruz qalan Azərbaycan dövləti hətta atəşkəsdən sonra belə özünümüdafiəyə böyük məbləğdə vəsait sərf edir: “Əgər erməni riyakarlığı olmasaydı, dövlət büdcəsində müdafiə xərclərinin ilbəil artırılmasına da ehtiyac qalmazdı. Həmin vəsaiti ölkənin sosial iqtisadi inkişafına yönəltməklə Azərbaycanın daha böyük tərəqqisinə nail olmaq imkanları yaranardı”,-deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4415.html