Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”
01.09.11 19:58

“Bu gün Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə də davam edəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bildirib. O qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquqa dair bütün sənədlərdə, o cümlədən Helsinki Yekun Aktında və BMT konvensiyalarında əsas elementdir. V.Yeremiç Serbiya ilə Azərbaycan arasında siyasi sahədə tam qarşılıqlı anlaşma olduğunu bildirib. “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə də davam edəcəyik”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4414.html