Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “MDB-ni yaradanlar bu qurumun inkişafında artıq maraqlı deyillər”
01.09.11 19:58

“Bu gün iyirmi il əvvəlkindən fərqli olaraq postsovet ölkələrinin MDB-də qalması bu ölkələrin əksəriyyətinin o qədər də ürəyindən deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Ekspert deyib ki, MDB-ni yaradanlar bu qurumun inkişafında artıq maraqlı deyillər. “Çünki bu qurum süni yaradılmış bir qurumdur. Bunun əvəzində isə Avrasiyada yeni qurum yarana bilər. “Əgər Rusiya dağılmasa, Avrasiyada yeni bir qurum yarana bilər. Bu qurumda da zənnimcə, Yaponiya, Türkiyə də iştirak edə bilər”,-deyə R.Ağayev vurğulayıb. Onun sözlərinə görə, gələcək 5-10 ildə yeni bir tendensiya yaranacaq. “Bu gün dünya güclərinin dispozisiyası dəyişilir və bu da məcbur edəcək ki, yeni qüvvə meydana gəlsin”,-deyə politoloq əlavə edib. Qeyd edək ki, MDB-nin bu ay Düşənbədə növbəti sammiti keçiriləcək. Budəfəki sammit təşkilatın 20 illik yubileyi çərçivəsində təşkil edilir. Amma Azərbaycanla yanaşı bir neçə quruma üzv dövlət sammitdə iştirak etməyəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-4413.html