Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Prezidentlərinin növbəti görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb”
02.09.11 01:56

“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti birgə görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb. Mətbuatda bu barədə yayılan xəbərlər əsassızdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazirin sözlərinə görə, əksər xarici və yerli mətbuatda ilin sonuna kimi prezidentlərin görüşünün planlaşdırılması vurğulansa da bu barədə hələ ki, heç bir rəsmi təşəbbüs yoxdur. E.Məmmədyarov yaxın aylarda da belə bir görüşün keçirilməsinin nəzərdə tutulmadığını vurğulayıb. “Buna baxmayaraq, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək. Bizim əsas məqsədimiz odur ki, mümkün qədər qısa vaxtda işğal olunmuş torpaqlardan Ermənistan Silahlı Qüvvələrini çıxaraq”,-deyə nazir bildirib.
URL / WWW
http://kelam.az/article/a-4411.html