Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Afrikanın BMT yanındakı daimi nümayəndələrindən dəstək istədi
27.08.11 03:04

Xarici işlər naziri Elmar Məmmədyarov Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında Daimi nümayəndələrini qəbul edib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı nazir qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol və bu il müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini qonaqların nəzərinə çatdırıb. Nazir E.Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə qonaqlara ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbuledilməz olduğunun qeyd edildiyini və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulayıb. Nazir E.Məmmədyarov səfirlərin bu səfər zamanı ölkəmizin potensialı ilə yaxından tanış olmağa fürsət əldə etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün irəli sürdüyü namizədliyinin dəstəklənməsinə çağırıb. Sonra E.Məmmədyarov qonaqlarla Azərbaycanda və regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıb.
URL / WWW
http://kelam.az/article/a-4410.html