Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Orta məktəbi qızıl və gümüş medallarla bitirən tələbələr qəbul imtahanlarında yüksək nəticə göstəriblər
27.08.11 03:44

Bu il Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq orta məktəb məzunları qızıl və gümüş medallarla təltif edilib. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qızıl və gümüş medallarla təltif olunun məktəb məzunlarının sayı 53 nəfər olub. M.Mərdanov sözügedən məzunların ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yüxarı bal topladıqlarını söyləyib. M.Mərdanov həmçinin Azərbaycan təhsilinin 10 illik strategiyasının hazırlanması ilə bağlı ölkə prezidentinin tapşırığının uğurla icra olunduğunu deyib. “Yaxın zamanlarda ölkə prezidenti tərəfindən Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı sərəncam imzalanacaq” deyə nazir vurğulayıb. Nazir həmçinin deyib ki, Azərbaycan son 20 illik müstəqillik dövründə 50-60 illik inkişaf yolu keçib: “Azərbaycan dünyanın stabillik cəhətdən ən sabit ölkəsidir. İqtisadi cəhətdən də dünyanın ən qabaqda gedən ölkələrindən biridir”-deyə M.Mərdanov qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4409.html