Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın maraqlarını təhsil aldıqları dövlətlərdə təbliğ etməlidirlər
26.08.11 16:59

Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın maraqlarını təhsil aldıqları dövlətlərin universitetlərində həmyaşıdları arasında təbliğ etməli və müdafiə etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda öz işinə başlayan IX ASAİF beynəlxalq yay forumunda gənlər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələr Dağlıq Qarabağ həqiqətlərini, Azərbaycanın qədim mədəni irsini təhsil aldıqları ölkələrdə təbliğ etməlidirlər. Nazir qeyd edib ki, bir sıra təşkilatlar, həmçinin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) bu ölkənin ictimai həyatında xüsusi çəkisi var. “Təşkilat bu günə kimi bir sıra maraqlı layihələr həyata keçirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiyanın bütün subyektlərində xüsusi şəbəkə yaradaraq vahid mexanizm təşkil edə bilib”-deyə A.Rəhimov vurğulayıb.A.Rəhimov həmçinin Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti, Norveçdəki Azərbaycan Gənclər Təşkilatı və digər təşkilatların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi fəallıq göstərdiklərini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-4402.html