Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Turizm İnstitutuna bu il 318 nəfər qəbul olub
27.08.11 02:59

Bu il Azərbaycan Turizm İnstitutuna (ATI) həyata keçirilən qəbul zamanı mövcud yerlərin hamısı dolub. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə ATİ-nin prorektoru Eldar Aslanov açıqlama verib. 2011-2012-ci tədris ili üçün instituta 11 ixtisas üzrə 318 tələbə qəbul olub. Onlardan 97 nəfəri turizm və hotelçilik, 44 nəfər menecment, 22 nəfər marketinq, 29 nəfər tərcümə, 24 nəfər muzeyşünaslıq və abidələrin qorunması, 10 nəfər regionşünaslıq, 15 nəfər nəqliyyat, 24 nəfər sosial iş, 23 nəfər beynəlxalq münasibətlər, 18 nəfər qida mühəndisliyi və 12 nəfər bədən tərbiyəsi və idman ixtisasını seçib. E.Aslanov bildirib ki, ötən illə müqayisədə bu il də keçid balların aşağı hədlərində çox ciddi sıçrayışlar var: “İxtisaslar üzrə təxminən 12-15 baldan bəzi ixtisaslar üzrə 80 bala qədər keçid ballarının qalxması müşahidə olunub. Məsələn, tərcümə ixtisası üzrə ötən il keçid balı 516 olmuşdusa, bu il bu rəqəm 550-dir və yaxud muzeyşünaslıq üzrə 366-dan 396-ya qalxıb. İnstitut üzrə orta keçid balı əyani Azərbaycan sektorunda 414, əyani rus sektorunda isə 330-dur”. Bu il ATİ-yə 11 nəfər 600-dən, 50 nəfər 550-dən yuxarı bal toplayan tələbə daxil olub. Avqust ayının sonlarında institutun Elmi Şurası toplaşıb builki qəbulun nəticələrini müzakirə edəcək.
URL / WWW
http://kelam.az/article/a-4401.html