Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan Sloveniyada keçirilən elmi konfransda iştirak edir
27.08.11 02:59

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Beynəlxalq Ənənəvi Musiqi Şurasının “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir İmago Sloveniae, Sloveniyanın Mədəni və Etnomusiqi Cəmiyyəti və digər təşkilatların dəstəyi ilə Lyublyana Universitetində təşkil olunur. Ənənəvi musiqi və müqayisəli musiqişünaslıqla bağlı tədqiqat işləri, müasir etnomusiqi tendensiyaları, ənənəvi musiqinin globallaşma, milli hərəkatlarda rolu və s mövzular müzakirə olunması nəzərdə tutulub. Tədbirdə iştirak etmək və məruzə ilə çıxış etmək məqsədilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Azərbaycan tərəfindən eksperti Sənubər Bağırova Lyublyanaya ezam olunub.
URL / WWW
http://kelam.az/article/a-4400.html